çərşənbə axşamı, 19 mart 2024

DÜNYA FUTBOLU

“Mançester Siti” futbol akademiyası İngiltərədə birinci yerdədi

22.10.2018 14:22 Oxundu 2022

“Mançester Siti” klubu öz futbol akademiyasından yetişdirib satdığı futbolçulardan əldə etdiyi gəlirə görə İngiltərədə birinci yerdədir. Cempion.az xəbər verir ki, Quardiolanın gəlişindən sonra 225 milyon avro xərc çəkilərək yaradılmış akademiyandan bu günə kimi satılmış oyunçulardan əldə olunan gəlir 80 milyon avrodur. Qeyd edək ki hal hazıra “Mançester Siti” akademiyasında “Barselona” modeli tətbiq edilir. “Mançester Siti” klubunun akademiyasından satılmış futbolçuların siyahısını sizə təqdim edirik.
Keleçi İhenaço: 27,7 milyon avro
Roni Lopes: 12 milyon avro
Angus Qann: 11,3 milyon avro
Pablo Maffeo: 9 milyon avro
Ceydon Sanço: 7,85 milyon avro
Ceyson Denayer: 6,5 milyon avro
Bersant Kelina: 3,4 milyon avro
Olarenvayu Kayode: 3 milyon avro