çərşənbə axşamı, 19 mart 2024

BİZİM FUTBOL

Elmar Vəliyevin oğlu istefa verib

22.10.2018 15:58 Oxundu 1954

“Kəpəz” Peşəkar Futbol Klubu İctimai Birliyinin İdarə Heyətinin sədri Elmir Vəliyev tutduğu vəzifədən istefa verib.

Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, E.Vəliyev qərarını işlərinin çoxluğu ilə əlaqələndirib. Onun yerinə hələlik heç bir təyinat yoxdur.

Xatırladaq ki, Elmir Vəliyev 2015-ci ilin may ayından “Kəpəz” PFK İctimai Birliyinin İdarə Heyətinin sədri idi. O, Gəncə şəhərinin keçmiş icra başçısı Elmar Vəliyevin oğludur.