çərşənbə axşamı, 19 mart 2024

DÜNYA FUTBOLU

“Barselona” baş məşqçi ilə yeni müqavilə imzaladı

22.10.2018 16:25 Oxundu 2437

İspaniyanın “Barselona” futbol klubu baş məşqçi Ernesto Valverde ilə müqavilənin müddətini uzadıb. Cempion.az TASS agentliyinə istinadla xəbər verir ki, yeni müqaviləyə əsasən, E. Valverde 2020-ci ilədək kluba baş məşqçilik edəcək. O, 2017-ci ilin mayında “Barselona”ya başçılıq edib, iki illik müqavilə bağlayıb və bu vəzifədə ispaniyalı Luis Enrikeni əvəzləyib. Klubun prezidenti Xosep Bartomeu bildirib ki, E. Valverde ağıllı məşqçidir, onun oyunun strukturu və modeli üzrə çox dəqiq mövqeyi var. Qeyd edək ki, E. Valverde 1988-1990-cı illərdə “Barselona”nın heyətində hücumçu qismində 22 oyun keçirib və 8 qol vurub. O, “Barselona”ya başçılıq etdiyi birinci mövsümdə İspaniya çempionatını və ölkə kubokunu qazanıb.