çərşənbə, 21 noyabr 2018

Menu

çərşənbə, 21 noyabr 2018

DÜNYA FUTBOLU

"Spartak" baş məşqçini istefaya göndərdi

22.10.2018 17:53

Moskva "Spatrak"ının Direktorlar Şurası baş məşqçi Massimo Karreranı tutduğu vəzifədən azad etmək barədə qərar qəbul edib. "Çoxdan gözlənilən çempionluğun memarı kimi italiyalı mütəxəssis özünün adını "qırmızı-ağların" tarixinə qızıl hərflərlə yazıb. Təəssüf ki, ötən mövsümün nəticələri qənaətbəxş olmadı. Qarşıya qoyulmuş hədəflərin heç birinə çatmaq mümkün olmadı. . Cari mövsümün nəticələri və komandanın nümayiş etdirdiyi oyun göstərir ki, yaxşılığa doğru dəyişmə yoxdur. Karreraya klubda gördüyü işlərə görə təşəkkür edirik. O özü də qəbul edir ki, hər şeyi nəticə göstərir. Bu səbəbdən də italyam mütəxəssislə yolları atırmaq qərarına gəldik" - deyə klubun mətbuat xidmətindən bildirilir.

Hələlik baş məşqçinin səlahiyyətlərini Raul Rianço yerinə yetirəcək. Qarşıdakı 10 gün ərzinə komandaya yeni baş məşqçinin təyin olunaağı bildirilir. Mümkün namizədlər arasında adı ən çox hallanan Rusiya milli komandasının baş məşqçisi Stanislav Çerçesevdur. Amma digər namizədlərin də adları çəkilir. Hələlik Direktorlar Şurası namizəd barədə açaqlama verməyib.

Oxundu: 104

© 2018 - NSPSOLUTIONS