çərşənbə, 21 noyabr 2018

Menu

çərşənbə, 21 noyabr 2018

DÜNYA FUTBOLU

Xulen Lopeteqi: "Səbirsizliklə qarşıdakı oyunu və qələbəni gözləyirəm"

22.10.2018 18:10

"Real"ın ( Madrid) baş məşqçisi Xulen Lopeteqi, yaxın zamanlarda vəzifədən uzaqlaşdırılmasına dair məlumatdan narahatlıq keçirmədiyini söyləyib.

"Bu dəqiqə çərşənbə axşamı keçirəcəyimiz matçdan başqa bir şey düşünmürəm. Postunu itirəcəyinə görə məyusluq keçirən məşqçi görmək istəyirsinizsə, mənə baxmayın. Mən səbirsizliklə qarşıdakı oyunu və qələbəni gözləyirəm. Bir aydan və ya bir ildən sonra nələr baş verəcəyini bilmirəm. Hazırda isə sizin qarşınızda oturmuşam və yaxın planlarımı qururam. Postumu tərk edəcəyim barədə xəbərləri vacib faktorlar saymıram. Əgər bu xəbərlərə baş qoşsaydım, mən nəinki "Real"ın, ümumiyyətlə gərək baş məşqçi olmayaydım ", - AS Lopeteqinin sözlərini sitat gətirir.

Oxundu: 110

© 2018 - NSPSOLUTIONS