cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

Mourinyo: "Yuventus" ÇL-i qazanmağa əsas namizəddir"

22.10.2018 19:29 Oxundu 2243

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinya Çempionlar Liqasının 3-cü turunda "Yuventus"la keçirəcəkləri oyun ərəfəsində rəqib barədə fikirlərini bildirib.

- "Yuventus" Çempionlar Liqasının qalibi olmağa əsas namizəddir. Onlarİtaliyada ardıcıl yeddi titul qazanıblar və Avrokuboklarda da yetərincə baxımlı və məhsuldar oyun nümayış etdirirlər. Bu, təkcə Ronaldoya görə deyil. Komandada çoxlu üclü oyunçular toplaşıb. Leonarda Bonucci, Əmra Can və başqaları dünya miqyaslı futbolçulardır. "Çelsi" ilə oyunda istədiyimizə nail ola bilmədik. Buna görə çox əsbiyik. Bütün acığımızı "Yuventus"la oyunda soyutmağa çalışacağıq, - "Yuventus"un mətbuat xidməti Mourinyodan sitat gətirir.