Bazar ertəsi, 19 noyabr 2018

Menu

Bazar ertəsi, 19 noyabr 2018

BIZIM FUTBOL

"Qarabağ"a texniki məğlubiyyət verildi

23.10.2018 14:12

İntizam Komitəsinin bu gün keçirilən iclasında PFL-in bayrağı altında keçirilən oyunlarda qeydə alınmış intizam pozuntularına müvafiq qiymət verilib. Ağdamın "Qarabağ" komandasına gözlənilən texniki məğlubiyyətin verilməsi rəsmləşib.

Topaz Premyer Liqasının VIII turu

“Qarabağ” – “Səbail” matçında “Qarabağ” klubunun heyətində protokolda adı qeyd olunmayan futbolçu iştirak edib. Bu səbəbdən “Qarabağ”a 0:3 hesablı texniki məğlubiyyət veriliv, klub isə 8000 manat cərimə olunub.

“Keşlə” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Sumqayıt” – “Sabah” matçında “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 15-ci dəqiqəsində “Sumqayıt” klubunun 3 №-li futbolçusu Vurğun Hüseynov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub isə 200 manat cərimə olunub.

“Qəbələ” – “Neftçi” matçının 67-ci dəqiqəsində “Qəbələ” klubunun 33 №-li futbolçusu Təmkin Xəlilzadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Oyunun 64-cü dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub. Oyunun 62-ci dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.

“Neftçi” klubunun azarkeşlərinin olduğu sektorda oturacaqlar sındırılıb. Stadiona dəymiş ziyanın “Qəbələ” klubunun təqdim edəcəyi hesaba uyğun olaraq “Neftçi” klubu tərəfindən ödənilməsi qərara alınıb.

I Divizionun VII turu

“Sumqayıt-2” – “Neftçi-2” matçında “Sumqayıt-2” klubu 6 futbolçusunun sarı vərəqə ilə cəzalanmasına görə 80 manat, oyun təyin olunduğu vaxtdan 4 dəqiqə gec başlandığı üçün isə 240 manat cərimə olunub.

“Kəpəz” – “Keşlə-2” matçında “Keşlə-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

“Şüvəlan” – “Zaqatala” matçının 84-cü dəqiqəsində “Şüvəlan” klubunun 11 №-li futbolçusu Murad Əliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

“Ağsu” – “Qarabağ-2” matçında “Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

“Səbail-2” – “MOİK” matçının 54-cü dəqiqəsində “Səbail-2” klubunun 64 №-li futbolçusu Sərxan Əhmədli sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub. Oyunun 66-cı dəqiqəsində MOİK klubunun 99 №-li futbolçusu Bahadur Həziyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

“Zirə-2” – “Qaradağ Lökbatan” matçında “Zirə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyun təyin olunduğu vaxtdan 8 dəqiqə gec başladığına görə hər iki klub 240 manat cərimə olunub.

Oxundu: 146

© 2018 - NSPSOLUTIONS