cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

Millimiz 3 dəqiqəyə 3 qol buraxdı və 1:4 hesabı ilə uduzdu

23.10.2018 14:31 Oxundu 2307

Azərbaycan- Norveç görüşündə həmyerlilərimiz acınacaqlı vəziyyətə düşüb

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan milli komandası bu gün ilk oyununu keçirir. Albaniyanın Lishnija şəhərindəki Roza Haxhiu stadionunda Norveç yığması ilə qarşılaşan komandamız oyunun 18, 19 və 20-ci dəqiqələrində qapısından 3 top buraxıb.

Bundan sonra uzun müddət tərəflərdən heç biri fərqlənə bilməyib. 71-ci dəqiqədə isə yenə rəqiblərmiz fərqlənib. Oyunun əsas vaxtının başa çatmasına 1 dəqiqə qalmış, nəhayət, millilərimiz təsəlli qolu vura biliblər. Qurbanlı fərqlənib, - 1:4.