Bazar ertəsi, 19 noyabr 2018

Menu

Bazar ertəsi, 19 noyabr 2018

BIZIM FUTBOL

"Qarabağ" - "Vorskla": son məşqlər BOS-da olacaq

23.10.2018 14:43

Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində baş tutacaq "Qarabağ" -"Vorskla" (Ukrayna) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfransları və oyunöncəsi son məşqlərin vaxtı bəlli olub.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oktyabrın 24-də saat 14:00-da Bakı Olimpiya Stadionunun (BOS) mətbuat mərkəzində media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 19:15-də Bakı Olimpiya Stadionunda baş tutacaq.

"Vorskla"nın baş məşqçisi saat 17:30-da Bakı Olimpiya Stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Ukrayna təmsilçisinin oyunöncəsi son məşqi isə saat 18:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

Oxundu: 122

© 2018 - NSPSOLUTIONS