çərşənbə, 21 noyabr 2018

Menu

çərşənbə, 21 noyabr 2018

GÜLƏŞ

İslam Abbasov yarımfinalda

26.10.2018 16:15

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı davam edir.
Yarışın 7-ci günündə daha üç yunan-Roma güləşçimiz mübarizəyə qoşulub. Onlardan biri təsnifat, ikisi isə 1/16 final mərhələsindən mundiala start verib.
Avropa çempionatının gümüş medalçısı Murad Məmmədov qırğız güləşçiylə görüşdə 8:1 önə keçsə də, ikinci hissədə ani diqqətsizlik nəticəsində tuşe ilə uduzub.
İslam Həmrəyliyi Oyunlarının qalibi Kamran Məmmədov 1/16 finalda erməni güləşçiylə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən prinsipial görüşdə həmyerlimiz 2 xalı birbaşa qazandığı üçün növbəti mərhələyə adlayıb. Kamran 1/8 finalda ukraynalı güləşçini də üstələyib. 1/4 finalda isə o rusiyalı Artyom Surkova 1:5 hesabı ilə uduzub.
Gənclər arasında ikiqat dünya və üçqat Avropa çempionu İslam Abbasov 1/16 finalda yamaykalı rəqibinə qalib gəlib. Həmyerlimiz növbəti mərhələdə yunan həmkarına heç bir şans tanımayıb. 1/4 finalda Belarus idmançısı Radik Quliyevlə yarışan İslam 4:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

60 kq
Təsnifat - Murad Məmmədov - Kali Süleymanov (KGZ) -:+ (tuşe)

67 kq
1/4 final - Kamran Məmmədov - Artyom Surkov (RUS) 1:5
1/8 final - Kamran Məmmədov - Denis Demyankov (UKR) 7:3
1/16 final - Kamran Məmmədov - Karen Aslanyan (ARM) *2:2

87 kq
1/4 final - İslam Abbasov- Radik Quliyev (BLR) 4:1
1/8 final - İslam Abbasov - Dimitrios Tsekeridis (GRE) 11:2
1/16 final - İslam Abbasov - Lesyan Kusin Otomu (JAM) 5:2

Oxundu: 191

© 2018 - NSPSOLUTIONS