cümə, 29 mart 2024

GÜLƏŞ

Güləşçimiz Eldəniz Əzizli dünya çempionudur!

26.10.2018 20:50 Oxundu 2719

Macarıstan paytaxtında güləş üzrə dünya çempionatı davam edir.

Cempion.az Virtualaz.org-a istinadən xəbər verir ki, yunan-Roma güləşi üzrə yarışlarda 55 kiloqrama qədər çəki dərəcəsində Azərbaycanı təmsil edən Eldəniz Əzizli dünya çempionu adını qazanıb.

Finalda o, qırğızıstanlı idmançı Jolaman Şarşenbekova 10:0 hesabı ilə qalib gəlib. Qələbə üçün Eldənizə 1 dəqiqədən də az vaxt tələb olunub.