cümə axşamı, 28 mart 2024

DİGƏR NÖVLƏR

Kadırov: "Həbiblə Floydun döyüşünü təşkil etməyə hazırıq"

30.10.2018 16:15 Oxundu 2593

Çeçenistanın Prezidenti Ramzan Kadırov rusiyalı döyüşçü Həbib Nurməhəmmədovla amerikalı bokusçu Floyd Meyvezer arasında gözlənilən yarışı təşkil etməyə hazır olduqlarını bildirib: "Bizim dünya səviyyəsində siyasi, mədəni və idman tədbirləri təşkil etməkdə böyük təcrübəmiz var. Əgəer Həbiblə Floyd razılaşsalar biz böyük məmnuniyyətlə həmin görüşü Qroznıda təşkil edəbilərik. Əlbəttə mən Həbibə azarkeşlik edəcəm. O bizim döyüşçümüzdür, müsəlmandır, rusiyalıdır, qafqazlıdır. Bununla bərabər mən həm də Meyvezerin istedadının pərəstişkarıyam. Ona hörmətlə yanaşıram. O, Qroznıda özünü evindəki kimi hiss edə bilər. Meyvezer özü də deyib ki, mən Qroznıda ev almaq, orada yaşamaq və Rusiya vətəndaşı olmaq istəyirəm. Mənim onunla çox dərin dotluq və qardaşlıq əlaqələrim var".

Bu sözləri "The Money Team Russiya" Kadırovdan sitat gətirir.

Xatırladaq ki, Həbib irlandıyalı Konor Makqreqoru məğlub etdikdən sonra 12-qat dünya çempionu ilə görüşmək arzusunda olduğunu bildirmişdi.