şənbə, 30 mart 2024

DİGƏR NÖVLƏR

Prezident SƏRƏNCAM İMZALADI - 1-ci yer 25 min, 2-ci yer 15 min, 3-cü yer isə 10 min manatla mükafatlandırıldı

30.10.2018 19:16 Oxundu 2680

Prezident İlham Əliyev Argentina Respublikasının Buenos-Ayres şəhərində keçirilmiş Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

Cempion.az-ın məlumatına görə, sərəncamla Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün Milli Olimpiya Komitəsinin mükafatlarının məbləği aşağıdakı qaydada müəyyən edilib:

- Birinci yeri tutan hər bir idmançıya 25 min manat, onun məşqçisinə isə 12 min 500 manat

- İkinci yeri tutan hər bir idmançıya 15 min manat, onun məşqçisinə isə 7 min 500 manat

- Üçüncü yeri tutan hər bir idmançıya 10 min manat, onun məşqçisinə isə 5 min manat

- Komandanın baş məşqçisinə idman növü üzrə ən yüksək nailiyyət göstərmiş idmançıya görə şəxsi məşqçisinin aldığı məbləğ qədər (bir dəfə).