cümə, 29 mart 2024

DİGƏR NÖVLƏR

Həbib: Ərdoğanla məşq edəcəyəm və türk dilini öyrənəcəyəm

01.11.2018 10:02 Oxundu 2220

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla tanış olacağam və onunla türk dilində danışacağam. Cempion.az “Hürriyet” qəzetinə istinadla xəbər verir ki, bunu qarışıq üslubda döyüşən dağıstanlı Həbib Nurməhəmmədov deyib.

O, Türkiyə ilə əlaqələrini genişləndirəcəyini bildirib: “Türk dilini öyrənəcəyəm. Türkiyəyə yenidən qayıdacağam. Prezident Ərdoğanla tanış olacağam. Onunla məşq edəcəyəm və birlikdə türk dilində danışacağıq”.

H. Nurməhəmmədov verdikləri dəstəyə görə türk tərəfdarlarına təşəkkür edib: “Bilirəm ki, döyüşlərimi izləyirlər. Bunun ilk səbəbi hamımızın müsəlman olmasıdır. Allah türklər öz aralarında, ərəblər öz aralarında qardaşdır demir. Mömünlər qardaşdır deyir. Buna görə də Türkiyədən çox dəstək alıram. Hər kəsə dəstəklərinə görə təşəkkür edirəm”.

Xatırladaq ki, H. Nurməhəmmədov oktyabrın 29-da İstanbul Hava Limanının açılışında iştirak edib və R.T. Ərdoğanla görüşüb.