çərşənbə, 21 noyabr 2018

Menu

çərşənbə, 21 noyabr 2018

DIGƏR NÖVLƏR

Karateçilərimiz İspaniyaya gedir

02.11.2018 10:07

Karateçilərimiz noyabrön 3-də 24-cü dünya çempionatına yola düşəcəklər. Çempionat İspaniyanın paytaxtə Madriddə keçiriləcək .

Cempion.az xəbər verir ki, 140 ölkədən 1147 idmançının iştirak edəcəyi turnirdə ölkəmiz 20 karateçi ilə təmsil olunacaq.. 10 fərdi çəki dərəcəsi və kata yarışlarından başqa, karateçilərimiz kişi və qadınların komanda kumite çıxışlarında, eləcə də kişilərin komanda kata turnirində mübarizə aparacaqlar. Baş məşqçilər Şahin Xudaverdiyev (kişilər), Anar Allahverdiyev (qadınlar), Vahid Ayvazov (kata), o cümlədən böyük məşqçilər Qurban Tağıyev, Seymur Hüseynov, Rəşad Hüseynov, məşqçi Denis Morozov, fiziki hazırlıq üzrə məşqçi Oqtay Məmmədov kumite və kata yarışlarında milli komandamızı müşayiət edəcəklər.

Fərdi yarışlara Firdovsi Fərzəliyev (-60 kq) Rafiz Həsənov (-67 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev (-84 kq), Şahin Atamov (+84 kq), Roman Heydərov (kata), həmçinin Neda Rezai (kata), Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq), İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (+68 kq) daxil edilib. Komanda kumite yarışlarında onlara Pənah Abdullayev, Turqut Həsənov, Murad Hacızadə və Asiman Qurbanlı da qatılacaq. Komanda kata turnirində isə Rövşən Əliyev, İsmayıl Quliyev və Tural Balcanlıdan ibarət heyət çıxış edəcək. Onlardan başqa Sahib Əhədov, 33 ölkədən 106 idmançının qatılacağı para-karate üzrə dünya çempionatına qatılacaq.

İdmançılar eyni zamanda Tokio olimpiadasına Lisenziya verən reytinq xalları uğrunda mübarizə aparacaqlar

Oxundu: 122

© 2018 - NSPSOLUTIONS