cümə, 19 aprel 2024

ŞAHMAT

"Şahmat tacı"nın mükafat fondu artırılacaq

02.11.2018 15:13 Oxundu 2499

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç bildirib ki, şahmat tacı uğrunda matç üçün mükafat fondu artırılacaq. Mükafat fondlarını artırmağın FIDE-nin əsas vəzifələrindən biri olduğunu diqqətə çatdıran Dvorkoviç qeyd edib ki, bu, həm qadınlar arasında dünya çempionatına, həm də şahmat tacı uğrunda kişilərin matçına şamil olunur. “Turnirlərin nüfuzunu qaldırmaq üçün bu addımlar çox vacibdir. Hazırda qadınların çempionatında mükafat fondu çox azdır”,- deyə FIDE prezidenti əlavə edib.

Hazırda kişilərdə mükafat fondu 1 milyon, qadınlarda isə 250 min avro təşkil edir.

Xatırladaq ki, şahmat tacı uğrunda matç noyabrın 9-dan 28-dək Londonda keçiriləcək. Çempion titulu uğrunda hazırkı dünya çempionu norveçli Maqnus Karlsen və amerikalı Fabiano Karuana mübarizə aparacaqlar.

Mənbə: Azərtac