cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

Ali Koç yeni baş məşqçi ilə bağlı qərarını verib

06.11.2018 11:30 Oxundu 2122

Filip Kokunun istefasından sonra "Fənərbaxça"nın prezidenti Ali Koç yeni baş məşqçi ilə bağlı qərarını verib. Cempion.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ali Koç derbidə göstərdiyi oyuna görə və oyundan sonrakı hadisələr zamanı davranışlarına görə Kokunun köməkçisi hazırda isə komandanın baş məşqçisi olan Kumandan razı qalıb. Ali Koçun "Anderlex" və "Alanyaspor" oyunlarında uğurlu nəticə əldə olunarsa mövsümün sonunadək Kumanla davam edəcəklərini dediyi də bildirilib. Mövsümün sonunda isə hal hazırda "Başakşehir"in çalışdırcısı Abdullah Avcını komandanın sükanı arxasına keçirəcək. Təcrübəli baş məşqçini bu dəvətə müsbət münasibət bildirdiyi də iddia edilir. Qeyd edək ki, Abdullah Avcı 2014-cü ildən "Başakşehir"in baş məşqçisidir.