şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

FİFA penalti ilə bağlı tarixi qərar qəbul edə bilər

07.11.2018 11:03 Oxundu 2104

FİFA növbəti toplantısında yeni qaydaların tətbiqini müzakirə edəcək. Cempion.az xarici mətbuata istinadən xəbər verir ki, 22 noyabrda keçiriləcək iclasın əsas mövzusu 11 metrlik cərimə zərbəzi(penalti), oyunçu dəyişikliyi və əllə oyuna görə verilən qərarlardakı dəyişikliklər olacaq. Beləki yeni qaydaya əsasən 11 metrlik cərimə zəribəsi zamanı (penalti) topu qapıçı qaytararsa və qapı tirindən geri qayıdarsa hücum edən tərəf yenindən qapıya zərbə vura bilməyəcək. Oyun qapıçı vuruşu ilə başlayacaq.
Oyunçu dəyişikliyi ilə bağlı qərarda olan fərqlilik ondan ibarət olacaq ki, futbolçu əvəzlənərkən mərkəz xəttindən deyil ən yaxın yerdən meydanı tərk edə biləcək.
Ən çox mübahisə mövzusu olan əl ilə oyunla bağlı dəyişiklik həyata keçərsə mübahahisələrin olmayacağı qətidir. Yeni qaydada hər hansı şəkildə top ələ toxunarsa qayda pozuntusu sayılacaq. Hazırda isə bilməyərəkdən topun ələ toxunması qayda pozuntusu sayılmır.

Qeyd edək ki, dəyişikliklər 22 noyabrda FİFA-nın gündəmində olacaq. Təsdiqlənəcəyi təqdirdə 22 mart 2019-cu ildə keçiriləcək iclasda səs verməyə çıxarılacaq. Bu zaman qərar dəyişikliyi istəyənlərin səs çoxluğu olarsa, növbəti turnirlərdə tətbiq olunacaq