çərşənbə, 21 noyabr 2018

Menu

çərşənbə, 21 noyabr 2018

DÜNYA FUTBOLU

Futbolçu klubundan şəxsi təyyarə istəyib

07.11.2018 13:54

Fransa milli komandasının və PSJ-nin ulduz futbolçusu Kilian Mbappe klubla yeni müqavilə imzalamaq üçün öz tələblərini bildirib.

20 yaşlı hücumçu beşillik müqavilə üçün 55 milyon avro istəyib. Gənc oyunçu həmçinin Paris təmsilçisindən şəxsi təyyarə tələb edib.

Kilian Mbappenin digər tələbi də ondan ibarətdir ki, o, "Qızıl top" mükafatını qazanacağı təqdirdə, klubun ən çox qazanan futbolçusu olmaq niyyətindədir.

Qeyd edək ki, Kilian Mbappe cari mövsüm 11 oyuna 13 qol vurub. O, Fransa yığması ilə birgə Rusiyada keçirilmiş dünya çempionatının da qalibi olub. Mbappenin PSJ ilə hazırkı müqaviləsi 2022-ci ildə başa çatacaq. (Report)

Oxundu: 101

© 2018 - NSPSOLUTIONS