cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

"İkardi "İnter"dən ayrılmaq fikrində deyil" - Zanetti

07.11.2018 17:19 Oxundu 1988

“İnter”in vitse-prezidenti Xavyer Zanetti Mario İkardinin mümkün transferi haqda açıqlama verib.

“Real” və “Çelsi”nin argentinalı futbolçuya 110 milyonluq müqavilə təklif edəcəyi haqda xəbərlər yayılıb.

Bu barədə açıqlama verən Zanetti İkardini satmaq fikirndə olmadığını bildirib: "Mario bizim kapitanımız və ən önəmli oyunçumuzdur. O, komanda ilə xoşbəxtdir və klubdan ayrılmaq fikrində deyil. “İnter”in isə maddi cəhətdən problemi yoxdur".

Qeyd edək ki, 25 yaşlı hücumçu bu mövsüm 11 qarşılaşmaya çıxıb və 8 qol vurub. (Qol.az)