cümə axşamı, 18 aprel 2024

BİZİM FUTBOL

“Qarabağ”ın təyyarəsi Ukraynadan qayıtmaqda problemlə üzləşdi

09.11.2018 09:10 Oxundu 2006

“Qarabağ”ın Ukraynadan Bakıya dönməsində problem yaranıb.

Cempion.az xəbər verir ki, əlverişsiz hava şəraiti ucbatından komandanı Bakıya gətirməli olan təyyarə geriyə qayıda bilməyib.

Bu barədə məlumatı “Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli verib. Onun sözlərinə görə, təyyarə bu gün yerli vaxtla saat 12:00-da Poltava hava limanından uça biləcək.

Onu da bildirək ki, əvvəl təyyarənin Bakı vaxtı ilə saat 03:30-da havaya qalxacağı planlaşdırılmışdı. AZAL şirkətinə məxsus təyyarə saat 07:00-da Heydər Əliyev adına hava limanına eniş etməli idi.

Qeyd edək ki, “Qarabağ” “Vorskla” üzərində 1:0 qələbə qazanaraq ilk xalını qazanıb və ilk qolunu vurub. Bu matç şaxtalı hava şəraitində keçib