cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

"Qalatasaray" "Barselona"nın futboçusunu ala bilər

10.11.2018 10:33 Oxundu 1763

Heyətində yetərincə çatışmazlıqlar olan "Qalatasaray" dövrə arasında bir neçə futbolçu alacağı qətiləşib. Cempion.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Cimbom" "Barselona"nın belçikalı müdafiəçisi Tomas Vermaleni heyətinə qata bilər. Futbolçu və rəhbərliklə razılıq əldə olunarsa dövrə arasında Vermalen "Qalatasaray"a keçəcək.