cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

Bu həftənin ən maraqlı oyunları

10.11.2018 15:14 Oxundu 2189

Bu həftə dünyanın bir çox aparcı liqalarında və futbol turnirlərində maraqlı qarşılaşmalar baş tutacaq. Cempion.az xəbər verir ki, ilk həvəslə gözlənilən oyun Almaniya Bundesliqasında keçiriləcək. "Borusia Dortmund" "Bayer Münhen"i qəbul edəcək. Bazar günü İngiltərə Premyer Liqasında "Mançester Siti" və "Mançeter Yunayted" üz-üzə gələcək. İtaliyada gerçəkləşəcək qarşılaşmada isə turnir cədvəlinin lideri "Yuventus" əvvəlki günlərindən uzaq olan "Milan"ın qonağı olacaq. Həftə sonu gecə saatlarında futbolsevərlərin gözü Argentinaya yönələcək. Libertadores kubokunun iki qarşılaşmadan ibarət finalının birinci oyununda əzəli və əbədi rəqiblər olan "Boka Xuniyors"la "River Pileyt" mübarizə aparacaqlar.
10.10.2018
21:30. "Borusia Dortmund"-"Bayer Münhen"
11.10.2018
20:30. "Mançester Siti"-"Mançeter Yunayted"
23:30 "Yuventus"-"Milan"
00:00. "Boka Xuniyors"-"River Pileyt"