çərşənbə, 24 aprel 2024

DİGƏR NÖVLƏR

Rafael Ağayevdən dünya çempionatında bir ilk

10.11.2018 16:00 Oxundu 2123

Karate üzrə İspaniyanın Madrid şəhərində keçirilən 24-cü düya çempionatında Rafael Ağayev bürünc medal uğrunda mübarizə aparıb. Cempion.az xəbər verir ki, Özbəkistan idmançısı Dastonbek Otobolaevə 2-1 hesabı ilə qalib gələn idmançımız dünya çempionatının bürünc mükafatını qazanıb. Qeyd edək ki, daha əvvəl dünya çempionu və ikincisi olmuş Rafael Ağayev karyerasında ilk dəfə dünya çempionatının bürünc medalını qazanıb