cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

Samir Nasri yenidən futbola qayıdır

10.11.2018 17:51 Oxundu 2403

Samir Nasri 18 aylıq dopinq cəzası bitdiyi üçün aktiv futbola həyatını bərpa edəcək. Cempion.az xəbər verir ki, futbolçunun İngiltərə Premyer Liqa təmsilçisi "Vest Hem"in heyətinə cəlb olunacağı deyilir. Komandanın baş məşqçisi Manuel Pelleqrini vaxtı ilə "Mançester Siti"də çalışdığı Nasrinin keçidində maraqlıdır. Fransız oyunçunun "Vest Hem"də ilinə 5 milyon fund sterlinq tələb etdiyi bildirilib.