şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

Sneyder: “Bir də heç vaxt burda oynamayacam”

11.11.2018 12:46 Oxundu 2324

Qətərin "Al-Garafa" klubunun formasını geyinən Uelsli Sneyder "Gatar SC" ilə oyunda ortalığı bir-birinə qatıb.

Cempion.az goal.az-a istinadən xəbər verir ki, oyunda biri penaltidən olmaqla 2 qol vuran hollandiyalı futbolçu, matçın son dəqiqələrində qırmızı vərəqə alaraq, meydandan uzaqlaşdırılıb. Qətər mətbuatında yer alan xəbərlərə görə, futbolçu aldığı qırmızı vərəqədən sonra əsəbiləşərək, "Bir də heç vaxt burda oynamayacam" deyib.

Bu xəbərlərdən sonra sosial şəbəkə hesabından açıqlama yayan 34 yaşlı futbolçu, "Layiq olmadığım qırmızı vərəqədən sonra sərt reaksiya göstərdim. Mətbuatda yayılan xəbərlərin əksinə, Qətərdə oynadığım üçün xoşbəxtəm" deyib.

Sneyder, "Al-Garafa"da keçirdiyi 18 oyunda 14 qol vurub.