cümə, 29 mart 2024

DİGƏR NÖVLƏR

Amerikalı UFC döyüşçüsü Həbib Nurməhəmmədovu hədələdi

11.11.2018 13:23 Oxundu 2497

Mütləq döyüş çempionatının (UGC) amerikalı döyüşçüsü Donald Serrone “UFC Fight Night 139” turnirində Mayk Perriyə qalib gəldikdən sonra yenidən yüngül çəkiyə döndüyünü bəyan edib.

Hazırda yüngül çəkidə çempion titulu Həbib Nurməhəmmədova məxsusdur.

“Bəli, mən qayıdıram. Həbib, mən sənin və sənin kəmərinin ardınca gəlirəm”, - Serrone deyib.

Qeyd edək ki, amerikalı 2016-cı ilə qədər yüngül çəkidə çıxış edib. Lakin UFC çempionu adı uğrunda döyüşdə Rafael dos Anyosa məğlub olduqdan sonra yarımyüngül çəkiyə keçib. (Oxu.az)