cümə axşamı, 18 aprel 2024

DÜNYA FUTBOLU

Zinəddin Zidan "Bayer Münhen"in baş məşqçisi ola bilər - İDDİA

14.11.2018 11:57 Oxundu 2148

Bundesliqada işləri yaxşı getməyən "Bayer Münhen"də baş məşqçi dəyişikliyi ola bilər. Cempion.az Almaniya mətubatına istinadən xəbər verir ki, "Borusia Dortmund"a məğlubiyyətdən sonra komandanın Niko Kovac ilə yollarının ayrılacağı bildirilir. Onun yerinə isə təcrübəli baş məşqçi Zinəddin Zidanın gətiriləcəyi iddia edilir. Bu mövzuda "Bayer Münhen"in idman direktoru Hasan Salihamidiçin Zidanla görüşdüyü də bildirilir.