cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

Məşhur futbolçu milli karyerasını başa vurub

16.11.2018 13:02 Oxundu 2018

Son oyununu dünən ABŞ-a qarşı keçirən Ueyn Runi milli karyerasını başa vurub. Cempion.az xəbər verir ki, bu matç Runinin İngiltərə millisində 120-ci oyunu olub. O, milli forma ilə 53 qola imza atıb. Hazırda ABŞ-ın "DC Yunayted" komandasının üzvü olan futbolçu "Everton" və "Mançester Yunayted" kimi köklü klubların şərəfini qoruyub. Qeyd edək ki, oyun İngiltərənin 3-0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda qolların müəllifi Cesi Linqard, Trend Aleksandr-Arnold və Callum Vilson olub.