şənbə, 27 aprel 2024

BİZİM FUTBOL

Qurban Qurbanov: "İstədiyimiz nəticəni əldə edəcəyimizə inanırıq"

17.11.2018 11:50 Oxundu 1931

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sabah Bakı Olimpiya Stadionunda Farer adaları ilə qarşılaşacaq Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov oyundan əvvəl mətbuat konfransı keçirib. Cempion.az AFFA-ya istinadən xəvər verir ki, Qurban Qurbanov: "Oyunla bağlı çox danışmağa ehtiyac yoxdur. Sabahkı qarşılaşmaya komandanı pis hazırlamamışıq. Oyunu düzgün qurub, uğurlu nəticə qazanmağa çalışacağıq. Rəqibi də yaxından tanıyırıq, onlara qarşı oynamışıq. İddialı danışırlar, biz də iddialıyıq. Futbolçularımız ən yaxşı oyununu göstərməyə çalışacaq və rəqibin sürprizlərinə hazır olmalıyıq. Kosovo ilə oyunlarını izləmişik. İstədiyimiz nəticəni əldə edəcəyimizə inanırıq. Təbii ki, oyunun gedişində müəyyən dəyişikliyə əl atacağıq.
Futbolçulardan əsas tələblərimdən biri oyun zamanı hücumda sayımızın çoxalmasıyla bağlıdı. Mütləq deyil ki, meydana iki hücumçu ilə çıxaq. Ön xətdə yer alan futbolçulara hər zaman hücumçu kimi yanaşmışam. Məqsədimiz oyun üslubumuzu yaxşılaşdırmaqdır. Buna nail olmaq üçün dəyişikliyə ehtiyac olsa, edəcəyik. İstənilən halda, sabah ən yaxşı oyunlarımızdan birini göstərməyə çalışacağıq" deyib