çərşənbə, 19 dekabr 2018

Menu

çərşənbə, 19 dekabr 2018

DIGƏR NÖVLƏR

Meyvezer Nurməhəmmədovla döyüş haqqında: Əsas mənəm

18.11.2018 10:56

Amerikalı boksçu Floyd Meyvezer qarışıq döyüş növləri üzrə çıxış edən rusiyalı idmançı Həbib Nurməhəmmədovla mümkün qarşılaşmanın şərtlərini özü müəyyənləşdirəcəyini bildirib.

Floyd məhz qarşı tərəfin onu döyüşə çağırdığını xatırladıb:

“Mən Həbibi döyüşə çağırmamışam, Həbib məni çağırıb. Onlar dedilər ki, qarşılaşma oktaqonda olmalıdır. Mən isə cavab verdim:

“Həbibin oktaqonda keçirdiyi döyüşə görə 9 rəqəmli qonorarını mənə göstərin. Əgər bu qədər pul qazana bilmirsə, görüşümüzün harada baş tutmasına dair qərar vermək ixtiyarına malik deyil. Əsas mənəm. Döyüş istəyirsinizsə, mənim qaydalarımla oynamalısınız”.

Xatırladaq ki, oktyabrın 17-də Meyvezer Nurməhəmmədovla boks qaydaları ilə döyüşməyə hazır olduğunu bildirib. Lakin Mütləq Döyüş Çempionatının (UFC) rəhbəri Deyna Uayt deyib ki, döyüş yalnız UFC-də baş tuta bilər. (oxu.az)

Oxundu: 154

© 2018 - NSPSOLUTIONS