cümə, 19 aprel 2024

BİZİM FUTBOL

AVRO-2020: Azərbaycan neçənci səbətdə yer alacaq?

18.11.2018 19:20 Oxundu 2362

Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsinin püşkatması zamanı hansı səbətdə yer alacağı dəqiqləşib. Yığmamız 5-ci səbətdə qərarlaşacaq.

Bu, UEFA Millətlər Liqasındakı nəticələrdən sonra bəlli olub. D Liqasının III qrupunda ilk 2 yerdən birini təmin edən Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin 6-cı səbətdə yer almayacağı dəqiqləşib. 6-cı səbətə 5 komanda olacaq ki, onlardan birinin San-Marino olacağı bəllidi. Digər əsas namizədlər isə Malta, Andorra, Lixtenşteyn və Farer adaları hesab olunur.

AVRO-2020-nin seçmə mərhələsinin püşkü dekabrı 2-si İrlandiyanın paytaxtı Dublində atılacaq. Püşkatma nəticəsində 10 qrup əmələ gələcək ki, onların 5-də 6, 5-də 5 komanda yer alacaq. Millinin 5-ci səbətdə yer alması özüdən zəif 1 komanda ilə düşmək şansının 50 faiz olması deməkdi.

(futbolpress.az)