şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

Aryen Robben: "Bayer Münhen"də baş məşqçi olmaq asan deyil"

19.11.2018 11:56 Oxundu 1862

"Bayer Münhen"in təcrübəli hollandiyalı futbolçusu Aryen Robben yerli mətbuata maraqlı açıqlamalar verib. Cempion.az xəbər verir ki, baş məşqçi Niko Kovaç haqqında da fikirlər bildirən Robben: "Hal hazırda klub olaraq çempionluq haqqında danışacaq vəziyyətdə deyilik. Niko Kovaç çox iddialı baş məşqçidir ancaq bura "Bayer Münhen"dir və burda baş məşçi olmaq asan deyil. Klubdan getməyim karyeramı bitirəcəyimi demək deyil. Hər şey ola bilər. Bunu zaman göstərəcək" deyib.