cümə, 26 aprel 2024

BİZİM FUTBOL

Rəşad Sadıqov: "Oyunumuzdan razı qalmadım"

20.11.2018 09:41 Oxundu 2106

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Rəşad Sadıqov Bosniya və Herseqovina yığması ilə bu gün keçirilmiş yoldaşlıq oyunu barədə fikirlərini bildirib. Cempion.az AFFA-ya istinadən xəbər verir ki, Rəşad Sadıqov deyib: "Oyunumuzdan razı qalmadım. Topa nəzarət etməyə çalışırdıq. Eyni zamanda, oyuna nəzarəti də əlimizdə saxlamaq istəyirdik. Ancaq daha yaxşı oynamalıyıq. İstər müdafiədə, istərsə də hücumda bundan yaxşı təsir bağışlamalıydıq. Daha yaxşı oynaya biləcəyimizi düşünürəm".