cümə axşamı, 28 mart 2024

DÜNYA FUTBOLU

Qurban Qurbanov: "Futbolçularımızın qələbə qazanmaq üçün hər şey etməyə hazır olduqlarını bilirəm"

20.11.2018 09:49 Oxundu 1931


UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Kosovo yığması ilə qarşılaşacaq Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanovun oyundən əvvəl təşkil olunmuş mətbuat konfransında iştirak edib. Cempion.az AFFA-ya istinadən xəbər verir ki, təcrübəli baş məşqçi deyib: "Son oyunumuza çıxırıq. Hər iki komanda üçün vacib oyundur. İlk gündən Kosovo millisinə böyük qiymət vermişdim. Rəqibimizn futbolçularının fərdi ustalıq səviyyəsi yüksəkdir. Belə rəqibə qarşı oynamaq çox xoşdur. Oyuna hazırıq. İnanıram ki, komanda olaraq ən yaxşı oyunlarımızdan birini keçirəcəyik. Doğma meydanda oynamaq, azarkeş amili və hazırkı xal durumu Kosovo yığması üçün üstünlük sayıla bilər. Amma futbolçularımızın da oyuna münasibətini görürəm, qələbə qazanmaq üçün hər şey etməyə hazır olduqlarını bilirəm. Hansı komandanın favorit olması barədə hər hansı fikir bildirmək istəmirəm".