cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

Almaniya - Holandiya qarşılaşmasını idarə edən hakim oyundan sonra ağladı

20.11.2018 12:57 Oxundu 2684

UEFA Millətlər Liqasının Almaniya-Hollandiya oyununun baş hakimi Ovidiu Haçeqan final fitindən sonra ağlayıb. Cempion.az xarici mətbuata istinadla xəbər verir ki, 38 yaşlı rumın hakiminin anası vəfat edib. Hollandiya yığmasının müdafiəçisi Virgil van Deyk matçın sonunda Haçeqana təsəlli verib. Müdafiəçi bildirib: “Haçeqan dedi ki, bir müddət əvvəl anası vəfat edib, məyus oldu və ağladı. Mən ona təsəlli verdim və dedim ki, o, matçı yaxşı idarə etdi. Bu, əlbəttə ki, xırda şeydir, lakin ümid edirəm təsəlli verməklədə olsa kömək edə bildim”. Qeyd edək ki, Almaniya-Hollandiya matçı 2:2 hesabı ilə başa çatıb