çərşənbə, 19 dekabr 2018

Menu

çərşənbə, 19 dekabr 2018

DÜNYA FUTBOLU

Əlyar Ağayevin fiti

20.11.2018 13:42

Millətlər Liqasının dünən keçirilən Danimarka-İrlandiya oyununu həmyerlimiz, FİFA referisi Əlyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası idarə etdi. Futbolda belə bir deyim var: əgər meydanda hakim görümürsə, deməli, o, oyunu yaxşı idarə edir. Dünənki oyunda məhz belə oldu. Əlyar Ağayev meydançanı tamamilə futbolçuların ixtiyarına vermişdi. Təkcə onu demək kifayətdir ki, o, ilk qayda pozuntusunu qeydə alan fitini oyunun startından 13 dəqiqə 6 saniyə keçəndən sonra çaldı. Bu fit də qaydaların qonaqlara qarşı pozuduğunu bildirdi. Ümumiyyətlə isə 90 dəqiqə ərzində Ağayev 16 dəfə fit çaldı. Bunlardan 9-u meydan sahiblərinin, 7-si isə qonaqların leyhinə oldu. İlk 45 dəqiqədə həmyerlimiz cəmi 4 dəfə oyunu dayandırdı: 2 dəfə danimarkalıların, iki dəfə də irlandların leyhinə. Əslində oyun ərzində qaydalar 22 dəfə pozuldu. Amma Əlyar Ağayev 6 dəfə üstünlük prinsipindən istifadə edərək oyunun tempini aşağ salmadı. Üstünlük prisipi 4 dəfə meydan sahiblərinin, 2 dəfə qonaqların leyhinə istifadə edildi. Həmyerlimiz cəmi bir dəfə sarı kart göstərdi. 85-ci dəqiqədə irlandiyalı Sayrus Kristi Əlyar Ağayevi əlini cibinə atmağa məcbur etdi.

Əlyar Ağayevin idarə etdiyi oyunda qol qeydə alınmadı. Amma maraqlı və darıxdırıcı olmayan bir mübarizənin şahidi olduq. Oyunun hakim-inspektorunun həmyerlimizin idarəçiliyinə verdiyi qiymət bizə bəlli deyil. Amma bu qiymətin yüksək olacağı şübhəsizdir.

Oxundu: 299

© 2018 - NSPSOLUTIONS