cümə, 19 aprel 2024

BİZİM FUTBOL

Ruslan Abışov məşqlərə başladı

20.11.2018 18:48 Oxundu 5832

"Neftçi” hazırlğı davam etdirir. Komanda bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Məşqdə zədəli Məhəmməd Mirzəbəyov, həmçinin Azərbaycan və Haiti milli, U-21 yığma komandalarının düşərgəsində olan futbolçular iştirak etməyiblər. Əvəzində, zədə üzündən uzun müddət yaşıl meydanlardan kənarda qalan Ruslan Abışov məşqlərə başlayıb. Kapitan komanda üzvlərindən ayrı fərdi məşq edib. Hazırlıq sabah da bir məşqlə davam edəcək.