çərşənbə axşamı, 16 aprel 2024

ŞAHMAT

Şahmat tacı uğrunda matç davam edir

21.11.2018 17:52 Oxundu 2110

Bu gün dünya çempionu Maqnus Karlsenlə iddiaçı Fabiano Karuana arasında şahmat tacı uğrunda matçın 9-cü partiyası keçiriləcək. Ağlarla dünya çempionu oynayacaq. 8 partiyadan sonra hesab bərabərdir - 4:4.

Xatırladaq ki, matç 12 partiyadan ibarət olacaq. 12 partiyadan sonra qalib müəyyənləşməsə, tay-breyk keçiriləcək. Hər biri 25 dəqiqədən (plyus hər gediş üçün 10 saniyə) ibarət olan 4 partiyalıq tay-breykdə də qalib müəyyənləşməsə, hər biri 5 dəqiqədən (+ hər gediş üçün 3 saniyə) ibarət daha 2 partiya keçiriləcək. Bu halda da heç-heçə qeydə alınarsa, daha 4 partyalıq blits-matç olacaq. 10 partiyalıq tay-breykdən sonra qalib müəyyən olunmasa , həlledici partiya oynnılacaq. Həmin partiyada 61-ci gedişdən sonra hər gediş üçün 3 saniyə əlavə olunmaqla ağlara 5, qaralara isə 4 dəqiqə nəzarət vaxtı veriləcək. Heç -heçə qaraların xeyrinə sayılacaq.

Tay-breyk noyabrin 28-nə planlaşdırılır.