şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

Qaret Beylin meneceri: "Beyl də "Yuventus"a keçməyə müsbət baxır"

30.11.2018 11:50 Oxundu 1941

"Real Madrid"in uesli ulduz futbolçusu Qaret Beylin meneceri maraqlı açıqlamalar edib. Cempion.az xəbər verir ki, Beylin gələcəyi haqqında danışan Conatan Barnett: "Hazırda Beyl "Real Madrid"də çox xoşbəxtdir ama gələcəkdən danışırıqsa transfer bazarında mümükünsüz olan heç nə yoxdur. Ronaldonun gedişi "Real Madrid" üçün ciddi itkidir. Beyl, Ronaldo ilə oynamağı çox sevirdi. Ronaldonun "Yuventus"a keçidindən sonra Beyl də bir çox ulduz futbolçu kimi bu komandaya keçməyə müsbət baxır." deyib.