cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

David Vilya, İnyesta və Podolskinin komanda yoldaşı oldu

01.12.2018 13:56 Oxundu 1858

ABŞ-ın "Nyu York Siti" komandasında çıxış edən məşhur futbolçu David Vilya karyerasını Yaponiyada davam etdirəcək. Cempion.az xəbər verir ki, transfer haqqında məlumatı futbolçu özü sosial şəbəkə hesabında bildirib. Təcrübəli hücumçu Yaponiyanın "Vissel Kobe" klubunun şərəfini qoruyacaq. "Vissel Kobe" komandasında Andres İnyesta və Lukas Podolski kimi ulduz futbolçular çıxış edir. Qeyd edək ki, David Vilya karyerası ərzində "Valensiya", "Barselona", "Atletiko Madrid" klublarının üzvü olub.