cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

Joze Mouriniyo: "Maradona deyil ancaq komandası üçün əlindən gələn hər şey edir"

01.12.2018 15:08 Oxundu 1832

"Mançester Yunayted"in portuqaliyalı baş məşqçisi Joze Mouriniyo İngiltərə mətbuatına açıqlama verib. Cempion.az xəbər verir ki, daha çox Fellaini haqqında danışan Mouriniyo: "Hər kəs Fellainin necə bir futbolçu olduğunu yaxşı bilir. Maradona deyil ancaq komandası üçün əlindən gələn hər şey edir. Məndən əvvəl düzgün qiymətləndirilmirdi, mən gəldim və ona layiq olduğu dəyəri verdim. Keçən il və bu il bir çox hücumçunun əvəzinə komandanı xilas edən qollar vurdu. Fellainini yaxşı tanıyıram. Hansı mövqedə nə edə biləcəyini bilirəm. Bu mövsüm onu bütün mövqelərdə oynatmışam və çox yaxşı alınıb" deyib.