cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

Dani Alveş: "Bir neçə mədəniyyəti olmayan insana görə bütün futbol azarkeşləri əziyyət çəkməməlidir"

01.12.2018 15:38 Oxundu 1671

PSJ-nin braziliyalı futbolçusu Dani Alveş Libertadores kubokunun final qarşılaşmasının yerini dəyişdirilməsinə münasibət bildirib. Cempion.az xəbə verir ki, İspaniya mətbuatına verdiyi müsahibədə bu qərarı sərt şəkildə tənqid dən Alveş: "Həyatımda gördüyüm və görəcəyim ən utancverici hadisədir. Bir neçə mədəniyyəti olmayan insana görə bütün futbol azarkeşləri əziyyət çəkməməlidir. Düşünürəm ki, futbolun gələcəyi üçün və bu komandaların sadiq, günahsız azarkeşlərinə görə final Madriddə keçirilməz. Bu cür hadislələrə səbəb olan insanları finalın yerini dəyişdirərək, davranışlarını düzəldə bilməzsinin. Çünki bu davranışlar onların fanatizimliyindən irəli gəlir" deyib. Qeyd edək ki, "River Pleyt" azarkeşlərinin "Boka Xuniyors"un avtobusuna hücumundan sonra təxirə salınan Libertadores kubukunun finalı Santiaqo Bernabeo stadionunda keçirilməsi qərara alınıb.