cümə axşamı, 09 may 2024

DÜNYA FUTBOLU

Keylor Navas: "Mən Çempionlar Liqasını 3 dəfə ardıcıl qazanmışam ancaq indi ehtiyatda otururam"

01.12.2018 16:40 Oxundu 1795

"Real Madrid"in təcrübəli qapıçısı Keylor Navas İspaniaya mətbuatına açıqlama verib. Cempion.az xəbər verir ki, daha çox ehtiyatda qalmasında şikayətlənən Navas: " Santiaqo Solari ilə aramızda heç bir problem yoxdu. Ancaq bilmədiyim səbəblərə görə məni oynatmır. Bütün məşqlərdə yüksək səviyyədə iştirak edirəm. Hər zaman oynamağa hazıram. Mən Çempionlar Liqasını 3 dəfə ardıcıl qazanmışam ancaq indi ehtiyatda otururam" deyib. Qeyd edək ki, 2020-ci ildə müqaviləsi bətəcək Keylor Navas, bu mövsüm işirak etdiyi 10 oyunda qapısında 7 qol görüb. 3 qarşılaşmada isə qapısını toxunulmaz saxlaya bilib.