cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

Yurgen Klop: "Çox mükəmməl heyətləri var"

01.12.2018 17:40 Oxundu 2725

"Liverpul"un baş məşqçisi Yurgen Klop sabah keçiriləcək "Everton"la oyun öncəsi mətbuata açıqlamalar verib. Cempion.az xəbər verir ki, rəqibin yetərincə yaxşı oyun sərgilədiyini vurğulayan Klop: "İngiltərəyə gəldiyim vaxtdan bu günə qədər olan ən yaxşı "Everton"la mübarizə aparacağıq. Çox mükəmməl heyətləri var. Riçarilson, Valkot, Bernard, Mina, Qomes kimi oyunçulara sahibdirlər. Təbbi ki, ən önəmli oyunçularından biri də milli komandanın da ən yaxşısı olan qapıçı Pikforddur. "Everton" son illərdə çox inkişaf edib, güclənib" deyib.