Bazar ertəsi, 17 dekabr 2018

Menu

Bazar ertəsi, 17 dekabr 2018

BOKS

Uaylder çempion kəmərini saxladı

02.12.2018 17:14

Los-Ancelesdə WBC versiyası üzrə ağır çəkidə dünya çempionu amerikalı boksçu Deontey Uaylderlə sabiq dünya çempionu irlandiyalı Tayson Fyuri ilə döyüş heç-heçə sona çatıb. Hakimlərdən biri qələbəni Uaylderə (115:111), digəri isə Fyuriyə (114:110) verib, daha bir hakim isə heç-heçə qeydə alıb (113:113). Nəticədə amerikalı boksçu çempion kəmərini özündə saxlayıb.

Qeyd edilir ki, amerikalı boksçu irlandiyalı rəqibini iki dəfə nokdauna göndərib – 9 və 12-ci raundlarda.

Bu D.Uaylderin ilk bərabərliydir. Amerikalı boksçu bundan əvvəlki 40 döyüşün hamısında qələbə qazanıb, onlardan 39-nu nokautla.

Öz növbəsində Fyuri də peşəkar rinqdə 27 döyüşdə məğlub olmayıb.(oxu.az)

Oxundu: 100

© 2018 - NSPSOLUTIONS