cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

Dieqo Simeone: "Bu ilin ən yaxşı futbolçuları Rafael Varan və Antuan Qrizmandır"

05.12.2018 11:09 Oxundu 2069

"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone, yetirməsi Antuan Qrizmanın "Qızıl Top"un qalibi ola bilməməsi haqqında danışıb. Cempion.az xəbər verir ki, İspaniya mətbuatına bu barədə maraqlı açıqlamalar verən Simeone: ""Atletiko Madrid"in futbolçusu olaraq bu mükafatları asanlıqla əldə edə etmək mümkün deyil. Bizim qədər çox çalışan, müəyyən bir yerə gəlmək üçün əlindən gələni edən bir komandada oynayıb, böyük uğurlar qazansanız da "Qızıl Topu"un qalibi ola blməzsiniz. Qrizmanın yerində olsam bu mövsüm əldə etdiyi uğurlar üçün sevinərdim. Dünya çempionu olub. Hər futbolçu dünya çempionu ola bilmir. Modriçi qalib olduğu üçün təbrik edirəm. Ancaq mənə görə bu ilin ən yaxşı futbolçuları Rafael Varan və Antuan Qrizmandır. Kurtua "Real Madrid"ə getdi və həmin an "Ən Yaxşı Qapıçı" mükafatını aldı. Kurtua "Atletiko Madrid"in qapıçısı olan zaman bu mükafatın qalibi Keylor Navas olmuşdu. Dünya futbolunun necə idarə edildiyini görürsünüz. Çox danışmağa gərək yoxdur" deyib.