cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

"Yuventus"un baş məşqçisi: " "Qızıl Top"u Ronaldo almalı idi"

06.12.2018 09:55 Oxundu 1840

"Yuventus"un baş məşqçisi Massimiliano Allegri İtaliya mətbuatına açıqlamalar verib. Cempion.az xəbər verir ki, "Qızıl Top" mükafatının qalibi olmağa ən layiqli namizədin Kriştiano Ronaldo olduğunu deyən Allegri: "Ronaldo "Real Madrid"lə Çempionlar Liqasını qazanıb. Onun uğurlarını, fəaliyyətini necə bir futbolçu olduğunu hər kəs yaxşı bilir. Bu səbəblərə görə düşünürəm ki, "Qızıl Top"u Ronaldo almalı idi. Ancaq bu ilin qalibi olmadığı üçün indi daha istəkli olaraq yüksək səvviyyədə gələn ilə hazırlaşacaq. Çünki Ronaldoda mübarizə xarakteri çox güclüdü. Komanda olaraq xüsusi bir futbolçuya sahibik. Məşqlərdə inanılmaz dərəcədə çalışır və nümunəvi davranışları ilə digər futbolçulara da örnək olur" deyib