cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

Baş məşqçi hakimdən vaxtın uzadılmasını fərqli şəkildə istəyib

08.12.2018 10:24 Oxundu 1862

Bolqarıstan çempionatının "CSKA Sofiya"-"Ludoqorets" oyununda maraqlı hadisə yaşanıb. Cempion.az xəbər verir ki, oyunun sonunda "CSKA Sofiya" komandasının baş məşqçisi Nestro El Masestro 4-cü hakimdən matça daha çox əlavə dəqiqə artırmasını xahiş edib. İstəyini fərqli şəkildə, dizlərini yerə qoyaraq yerinə yetirən baş məşqçinin bu hərəkəti fotoaparatların obyektivinə tuş gəlib. Qeyd edək ki, 1-1 hesabı ilə sona çatan görüşə rəsmi olaraq 2 dəqiqə əlavə edilib lakin oyun 90 + 4 dəqiqə oynanılıb