cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

Santiaqo Solari: "Libertadores kubokunun finalının Argentinada olması daha doğru olardı"

08.12.2018 12:40 Oxundu 1832

"Real Madrid"in baş məşqçisi Santiaqo Solari Libertadores kubokunun finalının Santiaqo Beranbeoda keçirilməsinə münasibət bildirib. Cempion.az xəbər verir ki, gənc mütəxəssis Solari: "Biz qürür duyuruq ki, Libertadores kubokunun finalı kimi çox vacib oyun "Real Madrid"in stadionunda keçirilir. Ancaq düşünürəm ki, qarşılaşmanın Argentinada olması daha doğru olardı. Bu səbəbə görə insanlar məyus oldu. Onların arasında ən çoxu uşaqlar idi. Uşaqların qəlbinin qırılması utandırıcı bir haldır." deyib.